Ceyhun Bayramov ATƏT sədri ilə görüşdü – Regiondakı vəziyyət müzakirə olundu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə geniş tərkibdə görüş keçirib.
Minval.info xəbər verir ki, görüşdə Azərbaycan–İsveçrə münasibətlərinin inkişafı, İsveçrənin ATƏT-ə sədrliyi dövründəki prioritetlər, Azərbaycan–ATƏT əməkdaşlığının perspektivləri, eləcə də regiondakı postmünaqişə vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qeyd ediblər ki, gələn il Azərbaycan və İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi tamam olacaq. Bu tarixin ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün mühüm imkan yaratdığı vurğulanıb.
Görüşdə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti, enerji sahəsində əməkdaşlıq və SOCAR Energy şirkətinin İsveçrədəki fəaliyyəti də müzakirə olunub.
Bundan əlavə, mədəniyyət, təhsil, elm, innovasiya, enerji təhlükəsizliyi, su ehtiyatlarının idarə olunması və rəqəmsal təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Ceyhun Bayramov çıxışında ATƏT məkanında təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi şəraitdə təşkilatın potensialından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın suveren bərabərlik, qarşılıqlı hörmət və inklüziv dialoq prinsiplərinə əsaslanan çoxtərəfli əməkdaşlığı dəstəklədiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şahin Hüseynli "Azərkosmos"da yeni vəzifəyə təyin edildi
Kənd Təsərrüfatı Nazirliyində yeni kadr dəyişikliyi
Xərçəngə meydan oxuyan cərrah: "Sənə sahibəm
Regionda ilk qar 14 oktyabrda gözlənilir
Turisti təəccübləndirən musiqi haqqı: 7 avro!
Bakubus sürücüləri "İntizar"la musiqi günü qeyd etdi
Suraxanıda sakinlər təhlükə içində: Evlərə su dolur!