Azərbaycan Ukraynaya qaz dəstəyi verməyə hazırdır: Yeni əməkdaşlıq imkanları müzakirə edildi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ukrayna ilə iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, zərurət yaranarsa, bu ölkəyə qaz tədarük etməyə hazır olduqlarını açıqlayıb.
Minval.info xəbər verir ki, Ceyhun Bayramov bu açıqlamaları ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib. O, Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın uzun illərdir Ukrayna bazarında mövcud olduğunu və fəaliyyətini davam etdirdiyini qeyd edib.
Bayramov, Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində yeni dinamikanın və əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Azərbaycanın hazırda 16 ölkəyə, o cümlədən 12 Avropa ölkəsinə qaz tədarük etdiyini və Ukraynaya da bu istiqamətdə dəstək verməyə hazır olduqlarını vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026