Azərbaycan Texniki Universitetində struktur dəyişikliyi olub
Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişikliyi olub.
AzTU-dan bildirilib ki, universitetin Elmi Şurasının qərarı ilə “Beynəlxalq əlaqələr şöbəsi” və “Xarici tələbələr üzrə dekanlıq”ın bazasında yeni struktur – “Beynəlxalq əlaqələr departamenti” yaradılıb.
AzTU-nun Beynəlxalq əlaqələr departamenti müasir ali təhsil prinsiplərinə və müasir təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub. Ümumilikdə 3 şöbədən – “Xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, “Əcnəbi tələbələrin təhsili” və “Layihələr və mübadilə proqramları” şöbələrindən ibarət olan departamentin əsas misiyası AzTU-nu brend universitetə çevirməkdir. O, cümlədən, universitetin müxtəlif beynəlxalq əməkdaşlıqlarda və layihələrdə iştirakını təşkil və koordinasiya etməklə ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, eləcə də elmi tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılması departamentin qarşısında məqsəd kimi qoyulub. Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlıqlara cəlbi, beynəlxalq əməkdaşlıqlar proqramlarının formalaşdırılması, tələbələrin xarici ölkələrdə təhsilinin, əməkdaşların isə təcrübəsinin təşkil edilməsi və xarici tələbələrin AzTU-ya cəlb olunması yeni yaradılan departamentin əsas vəzifələri olaraq müəyyən edilib. Universitetin Elmi Şurası tərəfindən təsdiq olunan 8 bölmədən, 36 maddədən ibarət Əsasnamədə bunlarla yanaşı yeni yaradılan departamentin funksiyaları və əlaqələri, informasiya təminatı, işinin təşkili, eləcə də hüquqları, əməkdaşların vəzifələri də əks olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şamaxı və Astarada kolleclərə yeni müavinlər təyin edildi
Biləcəri sakinləri bərbad yollarla mübarizədədir
Məktəb yollarında sıxlıq: Valideynlərə vacib xəbərdarlıq
Şəkidə kollecin direktoru təqaüdə göndərildi
Göz ətrafındakı ləkələr infarkt xəbərçisi ola bilər
Biləcəri yollarında tıxac: Sakinlər etiraz edir
Müəllimlərin diaqnostik qiymətləndirilməsi yenidən keçiriləcək