Azərbaycan telekanalında: "Vur məni, vur... Öpüş yanığıyam mən..." - VİDEO
Azərbaycan telekanalında yayımlanan “Evimin qonaqları” verilişində növbəti dəfə qalmaqal yaradacaq görüntülər yer alıb.
Minval.info xəbər verir ki, aparıcı Sərxan Kərəmoğlunun bu dəfəki qonağı müğənni Elza Seyidcayan olub.
Verilişdə E.Seyidcahan sənəti ilə bağlı danışarkən anidən aparıcı ona “vur məni, vur” deyib. Müğənninin onu vurmadığını görən S.Kərəmoğlu israr edib. Bundan sonra E.Seyidcahan onun üzündən sillə vurub.
Ardınca aparıcı müğənnidən vurduğu yerdən öpməyini istəyib. Elza xanım onun üzündən öpəndən sonra Sərxan Kərəmoğlu ötən dəfəki adəti üzrə müğəninin əlindən marçıltı ilə öpüb və “marçıltıma bax e, yanığam mən, öpüş yanığı” – söyləyib.
Xatırladaq ki, Sərxan Kərəmoğlu ötən verilişlərdən birində müğənni Mətanət Əsədova arasında yaşananlardan sonra gündəmə gəlmişdi. Belə ki, aparıcı əvvəlcə ona “bacı” deyib ardınca isə “+18-dir e, baldır, hər şey etmək olar…” söyləyərək qalmaqala yol açmışdı.
Sani / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir