Azərbaycan telekanalında qalmaqal: “Dəlisiniz, gedin özünüzü müalicə etdirin” - VİDEO
“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişinin növbəti buraxılışında qalmaqallı anlar yaşanıb.
Minval.info xəbər verir ki, verilişdə gənc şairlərin dahi yazarları hədəfə alması, onları tənqid və təhqir etməsi müzakirə edilib.
Tanınmış yazıçı Murad Köhnəqala Kəramət Böyükçöl və Mikayıl Müşfiqi təhqir etməklə gündəmə gələn Elşad adlı gənci nəzərdə tutaraq bu sözləri deyib:
“Facebookda deyirlər ki, şairlər bu formada məşhurlaşmaq istəyirlər. Dörd yolda dayanasan, özünü söydürəsən və belə şəkildə məşhur olasan… Dəlilikdir bu, gedin özünüzü müalicə etdirin. Hər ikiniz müalicə olunun”.
M.Köhnəqalanın sözlərinə cavab olaraq K.Böyükçöl deyib ki, söyüş söyməyi ondan öyrəniblər: “Söyüşü cavanlar sizdən öyrəniblər. AYO deyilən bir qurum olub və o qurumun aparıcı imzalarından biri siz olmusunuz. Qarşınıza çıxanı söymüsünüz”.
Köhnəqala isə cavabında deyib ki, “Sən öz zibilini örtmək üçün qarşı tərəfə şər atma. Elə şey olmayıb”.
“Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə, cümə və şənbə günü saat 21:45-də efirə gedir.
Qeyd edək ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının bu ərazilərində tramvaylar işləyəcək - AÇIQLAMA
Paytaxtda iki əsas avtomagistralda sürət həddi endirildi
Bu il Məhərrəmlik mərasimləri keçiriləcəkmi?
Azərbaycanın bu bölgəsində hər gün 30 min spirt istehsal olunur - FOTO
Sumqayıtda dənizdə batan uşağın meyiti tapılıb
Əməkdar artistin həyat yoldaşı vəfat etdi
Yasamalda beş küçənin təmiri yekunlaşıb