Azərbaycan telekanalında "öpüş" söhbəti: "Bu nə danışır...?!" - VİDEO
“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qalmaqal yaşanıb.
Minval.info xəbər verir ki, proqramda gənclərin ictimai yerlərdə öpüşməsi barədə söhbət açılıb.
Mövzu ilə bağlı qonaqlardən bəzisi bununla razılaşsa da, bəziləri etirazını bildirib.
Verilişə qatılan jurnalist Hacıbəy Heydərli ictimai yerlərdə öpüşməyin tərəfdarı olduğunu bildirib: “Biz o qədər gəncləri qınayırıq ki, öpüşmək artıq qlobal problemə çevrilib. Öpüşməyən adam varmı, varsa uşaqlar necə doğulur?! Bunun üçün hara getsinlər? Ev varmı? Gəncləri otellərə buraxırlarmı?”
Jurnalistin çıxışı zamanı hüquqşünas Tahir Əlirzayev “bu nə danışır?” deyərək ona replika atıb.
H.Heydərli isə ona belə cavab verib: “Məllim, “nə danışır?” deyəndə mən fikirlərimi ifadə edirəm. Siz hüquqşünassınız, məni dinləməlisiniz. Özünüzü mələk kimi göstərirsiniz, çox gözəl…”
Tahir Əlirzayev ictimai yerlərdə öpüşməyin tərəfdarı olmadığını söyləyib.
“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişi həftədə iki dəfə – 4-cü və 5-ci günlər saat 21:45-də efirə gedir.
Xatırladaq ki, verilişin informasiya dəstəkçisi Minval.İnfo saytıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir