Azərbaycan Rusiya ilə Çinin birgə hərbi təlimlərində müşahidəçi kimi iştirak edəcək

Rusiya Milli Qvardiyası Çinlə keçirəcəkləri hərbi təlimlərə Azərbaycanı müşahidəçi qismində dəvət etmək niyyətindədir.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Milli Qvardiya Qoşunları Xidmətinin direktoru, ordu generalı Viktor Zolotov bildirib.
O, cari ilin sonunda keçiriləcəyi nəzərdə tutulan təlimləri müşahidə etmək üçün həmçinin Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan nümayəndələrini də dəvət etməyi düşündüklərini qeyd edib.
Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan Rusiya Milli Qvardiyasının rəhbəri ən yaxın əməkdaşlıq əlaqələrinə KTMT, Şanqhai Əməkdaşlıq Təşkilatı, BRİCS-ə üzv və müşahidəçi ölkələri ilə malik olduqlarını, bununla yanaşı, Qırğız Respublikası, Azərbaycan, Tacikistan, Serbiya, CAR kimi ölkələrlə də əməkdaşlığı genişləndirdiklərini diqqətə çatdırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib