Azərbaycan qızıl hasilatından 180 milyon əldə edib

Çovdar Filiz Emalı sahəsində istehsal nəticəsində 2017-ci ilin aprelindən indiyədək “AzerGold” QSC tərəfindən 81 min 100 unsiya qızılın, 120 min 500 unsiya gümüşün satışı nəticəsində 180 milyon manatdan çox gəlir əldə edilib.
Minval.İnfo Azərtac-a istinadən xəbər verir ki, hazırda Daşkəsəndə Çovdar filiz emalı sahəsində aktiv hasilat işləri aparılır.
Çovdar yatağının yeraltı sulfid fazasında isə istehsalata hazırlıq işləri görülür. İlkin nəticələrə görə, ən azı 6 il ərzində buradan 400 milyon manatdan çox gəlir əldə etmək mümkün olacaq.
Naxçıvan Muxtar Respublikası və Göygöl rayonundakı perspektivli qızıl yataqlarında da tədqiqat işləri aparılır. Ölkənin əlvan metal hasilatına dair yol xəritəsi sənədinin hazırlanmasına da başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 30-70 yaşlı insanların ölümünün əsas səbəbləri açıqlanıb
Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək
Deputat generalın qohumunun qətlindən danışdı: Oğlum stressdədir
Rusiyada internet çöksə, Azərbaycanı nə gözləyir? - Osman Gündüzün şərhi
Bu gündən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
Baş nazir maaş artımı ilə bağlı qərar imzalayıb