Azərbaycan qəhrəmanları poçt markalarında - FOTO
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb.
Open.az xəbər verir ki, markalar 2020-ci ilin iki ən əhəmiyyətli hadisəsi – koronavirus pandemiyası və Vətən müharibəsinin əsas qəhrəmanlarına həsr olunub.
Birinci markada əsgər və həkimdən, ikinci markada isə dezinfeksiyaçı və minaaxtarandan ibarət fotokollajlar yerləşdirilib. Məqsəd həm pandemiya dövründə virusla mübarizədə, həm də 44 günlük Vətən müharibəsində şücaət göstərən həmvətənlərimizin adlarının markalar vasitəsilə tarixə yazılması, həmçinin onların bu hadisələrdə göstərdikləri fədakarlığın yerli və əcnəbi filatelistlər arasında təbliğ edilməsidir.
Buraxılışda fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Tofiq Babayevin fotolarından istifadə olunub. Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markalar Belarus Respublikasında hər vərəqdə 8 ədəd, 2 növ marka olmaqla hər növdən 50 min tirajla çap olunub.
Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?