Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başladı - VİDEO
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi başlayıb.
“Report” xəbər verir ki, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılıb.
Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetirilir.
Mayın 22-dək davam edəcək təlimdə düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.
https://www.youtube.com/watch?v=L6zlnG9Ntow&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib