Azərbaycan ordusu düşmən təxribatının qarşısını aldı - VİDEO
İyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları həyata keçirilib.
Minval.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu zaman Ermənistan silahlı qüvvələri “OSA” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrimizi vurmağa uğursuz cəhd göstərib. Zenit-raket kompleksindən buraxılan 2 ədəd raket hədəfə dəyməyərək havada partlayıb.
Bu, hərbi pilotlarımızın ustalığı və aviasiya vasitələrimizdə quraşdırılmış müasir cihazlar sayəsində, digər tərəfdən isə düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması, onun idarə olunmasına təhkim edilmiş döyüş heyətinin isə hazırlıq səviyyəsinin aşağı olması nəticəsində mümkün olub.
Düşmən tərəfindən buraxılan raketlərdən birinin hərəkət trayektoriyası və hədəfdən yan keçməsi anı aviasiya vasitələrimizin təlim uçuşlarının çəkilişlərini həyata keçirmək üçün havaya qaldırılan pilotsuz uçuş aparatımız tərəfindən qeydə alınıb.
Minval.info
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib