Azərbaycan ön cəbhəyə canlı qüvvə və hərbi texnika yığır - erməni iddiası
Qondarma “DQR” rəhbərliyi və bu ərazidə qanunsuz məskunlaşan ermənilər qorxu içindədir.
Belə ki, Ermənistan mediası günlərdir iddia edir ki, Azərbaycan hücuma və hərbi əməliyyatlara hazırlaşır. Son olaraq dünən axşam saatlarında panarmenian.net saytı belə bir iddia ilə çıxış edib. Sayt “DQR”-in “müdafiə nazirliyi”nə istinadən yazır ki, Azərbaycan Qarabağ və digər bölgələrdəki təmas xəttinə texnika və canlı qüvvə toplayır. Guya bununla bağlı qondarma rejimin silahlı dəstələrində video-çəkiliş də var.
Sayt iddia edir ki, Ermənistanın paytaxtı İrəvanda 10 gündür davam edən etiraz mitinqləri və qarşıdurmalar “sərhəd bölgəsindəki situasiyaya təsir edə bilər”.
Elə buradan aydın olur ki, bu cür dezinformasiyalarla öz xalqını qorxudan cinayətkar Sərkisyan rejimi, bu yolla müxalifləri və etiraz elektoratını sakitləşdirmək istəyir. Musavat.com xəbər verir ki, bundan əvvəl də Ermənistan Müdafiə nazirliyi analoji bəyanat yaymışdı. Bu bəyanat Azərbaycan Müdafiə nazirliyi tərəfindən sərt bir üslubda təkzib olunmuşdu.
musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərdoğan İlham Əliyevə telefonla zəng edib
İlham Əliyev Rusiyaya getdi
Qazaxıstanda partlayışın olduğu ərazidə fövqəladə vəziyyət elan olundu
Milli Məclisin yeni sədri kimdir?- TƏRCÜMEYİ-HAL
Azərbaycanın igid döyüşçüsünə medal təqdim edilib
Müxalif liderlər YAP-ın 30 illik yubileyində - Fotolar