06.09.2026 - 16:51
Səhiyyə 16 baxış

Suriyanın səhiyyə naziri sərgidə silahdan atəş açdı

Suriyanın Səhiyyə naziri Musab əl-Əli Dəməşqdə keçirilən beynəlxalq sərgidə silahdan istifadə edərək hədəfə atəş açıb. 63-cü Dəməşq Beynəlxalq Sərgisində Daxili İşlər Nazirliyinin stendini ziyarət edən əl-Əli burada tapançadan bir neçə dəfə atəş açıb. Nazirin silahdan istifadə zamanı sərgilədiyi rahat və soyuqqanlı davranış diqqət çəkib.

Minval.info xəbər verir ki, görüntülər qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Məlumata görə, Musab əl-Əlinin hərbi keçmişi yoxdur. O, nazir vəzifəsinə qədər uzun illər həkim kimi çalışıb və ixtisası beyin cərrahıdır. Hadisə hər hansı hərbi əməliyyat və ya qarşıdurma zamanı deyil, sərgi çərçivəsində keçirilən rəsmi ziyarət zamanı baş verib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: