Azərbaycan mütəxəssisləri yeni avtomat silah hazırlayıblar - Foto
Azərbaycan mütəxəssisləri yeni avtomat silah hazırlayıblar.
Bunu “Report”a açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin baş mühəndisinin müavini Emin Əhmədov deyib.
O bildirib ki, “AZ- 50” adlı avtomatın kalibri 7,62×39 mm, atış məsafəsi 1000 metrdir: “Yeni istehsalımız olan silahın çəkisi 3,6 kq-dır. Avtomat 6 teloskapik qundaqla təmin olunub. Dünyada ilk dəfə olaraq 50 tutumlu sandıqca tətbiq olunub. Bu da effektiv döyüş apara bilmək qabiliyyəti deməkdir. Avtomat eyni zamanda, lazer tuşlayıcı ilə təmin olunub”.
Nazirlik rəsmisi qeyd edib ki, avtomatın sınaq müddəti bitib və seriyalı istehsalına başlanılıb: “Yaxın gələcək üçün avtomatın başqa versiyaları da hazırlanacaq. Mütəxəssislərimiz sandıqcada 60 gülləsi olan avtomatın üzərində çalışırlar və qısa müddətdə həmin silah təqdim olunacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
