05.08.2026 - 15:52
Ölkə 25 baxış

Azərbaycan məhsulları ermənistanda: Ticarət əlaqələrində yeni dövrün başlanğıcı

Türkiyə və Azərbaycan mənşəli məhsulların Ermənistana ixracı artan templə davam edir. Bu, son dövrlərdə rəsmi statistik məlumatlarda öz əksini tapır.

Minval.info xəbər verir ki, əvvəllər yalnız Türkiyə ilə ticarət məlumatları yayımlanırdısa, indi Azərbaycanın da adı bu siyahıya daxil edilib. Ermənistan mətbuatının verdiyi məlumata görə, ticarət dövriyyəsi əsasən birtərəfli xarakter daşıyır. Türkiyə məhsullarının Ermənistana idxalı yüksək həcmdədir, lakin Ermənistanın Türkiyəyə ixracı bu qədər deyil. Keçən ilin ilk beş ayında Ermənistandan Türkiyəyə 160 min dollar dəyərində məhsul ixrac olunmuşdusa, bu il bu rəqəm 330 min dollara çatıb.

Azərbaycana isə Ermənistan tərəfindən heç bir məhsul ixrac olunmayıb. Bunun əksinə olaraq, Azərbaycan Ermənistana ixracını artırmaqdadır. Bu proses keçən ilin sonlarından etibarən başlamışdır. Keçən ilin dekabr ayında Azərbaycandan Ermənistana təxminən 1 milyon dollar dəyərində neft məhsulları ixrac edilib. Başlanğıcda bu, istehlakçılar arasında narazılıq yaratsa da, zamanla bu vəziyyət normallaşıb və hazırda Azərbaycandan Ermənistana məhsul ixracı adi hal alıb.

Bu ilin ilk beş ayında Azərbaycandan Ermənistana idxal 12,2 milyon dollara çatıb. Yanvar ayında 2,675 milyon, martda 3,669 milyon, apreldə 4,127 milyon, mayda isə 1,742 milyon dollar dəyərində məhsul idxal olunub. Fevral ayında isə idxal həyata keçirilməyib. İdxal may ayından sonra da davam edir, lakin bu barədə rəsmi məlumatlar hələ dərc olunmayıb. Ermənistanın Azərbaycan bazarına məhsul ixracı ilə bağlı danışıqlar aparılsa da, hələlik konkret addımlar atılmayıb.

Türkiyədən Ermənistana ixrac da sürətlə artır. Keçən ilin ilk beş ayında 128 milyon dollar dəyərində məhsul ixrac olunmuşdusa, bu il bu rəqəm 185 milyon dollara yüksəlib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: