Azərbaycan klublarının koronavirusa yoluxmuş futbolçuları - ARAŞDIRMA
Koronavirus pandemiyası futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublara da təsir edib.
“Report”un məlumatına görə, əsas çempionatda çıxış edən 8 komandadan 7-si bu problemlə üzləşib.
Mövsümün əvvəlindən bəri yalnız “Qəbələ” klubunda koronavirus aşkarlanmayıb. Əyalət təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Report”a bildirib ki, indiyədək heç kimin test nəticəsi müsbət olmayıb.
Çempionatın autsayderi “Sabah” komandasının 4 futbolçusu infeksiyaya yoluxub. Onlardan Ceyhun Nuriyev, Elşən Abdullayev və Abbas Ağazadə sağalıb. Təmkin Xəlilzadənin test nəticəsi isə Azərbaycan yığmasının düşərgəsində müsbət çıxıb və o, hazırda Xorvatiyadadır.
“Zirə” klubunun legionerləri Ali Sesay və Klesio Bauk müvafiq olaraq Sierra Leone və Mozambik yığmalarının düşərgəsində bu problemi yaşayıblar. Baş məşqçi Rəşad Sadıqovun köməkçilərindən Eltun Yaqublu da koronavirusa yoluxmuş şəxslərdəndir. Hazırda qəsəbə təmsilçisində aktiv xəstə yoxdur.
“Sumqayıt” klubunda isə yalnız Səbuhi Abdullazadə koronavirusa yoluxub və sağalıb.
Son illərin dəyişməz çempionu “Qarabağ”ın iki üzvündə virus aşkarlanıb. Bunlar müdafiəçilər – Maksim Medvedev və Rahil Məmmədovdur. Hər iki oyunçunun test nəticəsi yığmanın düşərgəsində müsbət çıxıb. Medvedev Lüksemburqda, Məmmədov isə Xorvatiyada karantindədir.
“Neftçi”nin yeni transferi Prins İbara Konqo yığmasının heyətində COVID-19-a yoluxmuşdu. Paytaxt təmsilçisində hazırda kapitan Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov son test nəticələri müsbət çıxdığı üçün karantindədir.
Hazırda “Keşlə” klubunun iki futbolçusu koronavirus xəstəsidir. Vüsal İsgəndərli və Rəhman Hacıyev komandadan ayrı düşüblər.
“Səbail”də də koronavirusa yoluxanlar çoxluq təşkil edir. İlk olaraq, Kamal Qurbanov və komandanın həkiminin test nəticəsi müsbət olmuşdu. Daha sonra adları açıqlanmayan 4 oyunçunun test nəticəsi müsbət çıxıb və X turun “Sabah”la səfər matçı bu günə təxirə salınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?