Azərbaycan karateçiləri 3 medal qazanıb
Azərbaycan karateçiləri Belarusun paytaxtı Minskdə 2-ci Avropa oyunlarınında çıxış etdikləri ilk gün 3 medal qazanıblar.
Azərbaycan Milli Karate Federasiyası xəbər verir ki, Çijovka Arenada tatamiyə çıxan idmançılarımızın hər biri oyunları müxtəlif əyarlı medallarla başa vurub. 5 görüşü qələbəylə tamamlayan Asiman Qurbanlı (+84 kq) yarışın qalibi olub. Finalda qələbəni əldən verən İrina Zaretska (-68 kq) gümüş medala, Roman Heydərov (kata) isə bürünc mükafata sahib olub. Karateçilərin qazandığı qızıl, gümüş və bürünc medallar ümumi komanda hesabında Azərbaycanı ilk onluğa (9-cu yer) daxil edib.
Bu nəticə, həm də ertəsi gün mübarizəyə qatılan digər 4 karateçimiz üçün əlavə stimul yaradıb. 2-ci Avropa Oyunlarının son günü Nuranə Əliyeva (-50 kq), Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq) və Rafael Ağayev (-75 kq) medallar uğrunda mübarizə aparacaq.
Yarışın formatına əsasən hər çəkidə 2 qrupa bölünən 4 idmançıdan ən yüksək nəticə göstərən ikisi yarımfinala vəsiqə qazanmaqla, bürünc medalları da təmin etmiş olacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi