Azərbaycan jurnalistikasına AĞIR İTKİ: Nəsir Əhmədli VƏFAT ETDİ
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti Nəsir Əhmədli vəfat edib.
Bu barədə Musavat.com-a mərhumun yaxınları məlumat verib.
Qeyd edək ki, Nəsir Əhmədli 2004-cü ildən “Beynəlxalq jurnalistika” kafedrasında çalışıb. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaiti də daxil olmaqla 15 kitabın müəllifi olub. Eyni zamanda Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
KİV xaricə siyasi informasiya yayımı sistemində, beynəlxalq radio yayımı, televiziya jurnalistikası, beynəlxalq jurnalistika və s. sahələrdə tədqiqatlar aparıb. Ali media mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü olub.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir
