Azərbaycan əhalisi nəyə daha çox pul xərcləyir?
Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Dörd ayda alıcıların xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 faizi digər qeyri-ərzaq məhsullarının alınmasına gedib.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 278 manat və ya 2017-ci ilin yanvar-aprel aylarının göstəricisindən nominal ifadədə 14,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qobustanda 38 günə yeni körpü istifadəyə verildi
Azərbaycanın texnoloji inkişafı üçün yeni təşəbbüs: MoveUP
Azərbaycan və İordaniya arasında vizasız səyahət!
Keçmiş deputatın oğlu vəzifəsindən azad edildi
Şamaxı və Şahdağda dolu yağışı müşahidə edildi
Bakı, Göyçay və Yevlaxda elektrik kəsintisi olacaq
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatdı