Azərbaycan Gürcüstanın Dmanisi rayonuna ərzaq yardımı etdi
Azərbaycanın Gürcüstandakı səfirliyi azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda yaşayan 100 aztəminatlı ailəyə ərzaq yardımı edib.
“Report”un yerli bürosu xəbər verir ki, ərzaq bağlamaları Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşviliyə təqdim olunub.
Rayon rəhbəri və Kvemo Kartli qubernatoru Şota Rexviaşvili sosial aksiyaya görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.
Qeyd edək ki, bundan öncə Azərbaycan səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin maliyyə dəstəyi ilə Gürcüstanın bir sıra bölgələrinə 1 300 sosial təminatsız ailə üçün nəzərdə tutulan ərzaq yardımı təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?