Azərbaycan avarçəkənləri Avropada səs saldı: İtaliyada möhtəşəm ikincilik!
Azərbaycan avarçəkənləri İtaliyada keçirilən Avropa çempionatında möhtəşəm nəticə göstərərək ikincilik əldə ediblər. Vareze şəhərində baş tutan yarışda ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev cütlüyü, ikinəfərlik qayıqda final mərhələsində finiş xəttini ikinci keçərək gümüş medala layiq görülüblər.
Minval.info xəbər verir ki, bu uğur Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən rəsmi olaraq açıqlanıb. Yarışda qitənin ən güclü avarçəkənləri ilə mübarizə aparan idmançılarımız, öz bacarıqlarını bir daha sübut ediblər.
Həmçinin, Ziya Məmmədzadə və Nurlan Paşayev daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunda da bürünc medal qazanaraq, beynəlxalq arenada öz adlarını tanıdıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır