15.08.2026 - 22:13
Ölkə 29 baxış

Azərbaycan atom enerjisinə yönələcəkmi? – Ekspertlər fikirlərini bölüşür

Özbəkistan və Qazaxıstan atom elektrik stansiyalarının (AES) tikintisi ilə bağlı konkret addımlar atmağa başlayıb. Bu iki ölkədəki inkişaflar fonunda, Azərbaycanda da atom enerjisindən istifadə və AES tikintisi məsələsi yenidən müzakirə mövzusu ola bilər. Sovet dövründə belə bir stansiyanın tikintisi planlaşdırıldığı üçün bu mövzu Azərbaycan üçün yeni deyil.

Minval.info xəbər verir ki, enerji sektorunun gələcək perspektivləri və elektrik enerjisinə artan tələbat nəzərə alınaraq, Azərbaycanda AES tikintisi məsələsi yenidən gündəmə gələ bilər. Neft-qaz üzrə ekspert Zəfər Vəliyev, dünya üzrə təxminən 440 reaktor vasitəsilə elektrik enerjisi təchizatının 9 faizinin təmin edildiyini və nüvə enerjisinin aşağı karbon emissiyalı baza yükü enerjisinin əsas mənbələrindən biri olduğunu vurğulayıb.

Ekspertin fikrincə, ölkənin mövcud təbii qaz və yaşıl enerji potensialı elektrik enerjisinə olan tələbatı tam ödədiyindən, hazırda AES-ə ciddi ehtiyac yoxdur. Buna baxmayaraq, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə sülh məqsədli nüvə texnologiyaları, tibb, kənd təsərrüfatı və radiasiya təhlükəsizliyi sahələrində əməkdaşlıq edir və bu əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: