Azər Ayxanın baş redaktorluqdan getməsinə reaksiya - "Bizim üçün də gözlənilməz oldu"
Yeni Müsavat” Media Qrupunun rəhbərliyi qrupa daxil olan “Yeni Müsavat” qəzetinin baş redaktoru, əməkdar jurnalist Azər Ayxanın media qrupdan ayrılması barədə bəyanatına reaksiya verib.
Sözügedən media müəssisəsinin baş direktoru Ələsgər Süleymanovun imzası ilə yayılmış açıqlamada bildirilir:
“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxanın Media Qrupu ilə yollarını ayırması barədə bəyanatı bizim üçün də gözlənilməz və çox üzüntülü xəbər oldu. Azər Ayxan “Yeni Müsavat”ın əsas simalarından biri, onun yolunda 30 il çalışan qardaşımız, vazkeçilməz imzamızdır.
Müəyyən məsələlərdə fikir ayrılığı, fərqli baxışların olması normal haldır və bunlar danışıqlar vasitəsilə ümumi ortaq fikrə gəlinməsinə, nəticədə ən doğru qərarların qəbul olunmasına xidmət etməlidir”.
Açıqlamada daha sonra bildirilir: “Yeni Müsavat” Media Qrupunun kollektivi hələ də ümud edir ki, irəliləyən zamanlarda bu məsələ müsbət həllini tapacaq, Azər Ayxan bir müddət sonra da olsa, qəzetə geri dönəcək. O zamana, ya da məsələ ilə bağlı bütün cəhdlər nəticə verməyənə qədər Media Qrupdan rəsmi açıqlama olmayacaq. Əziz həmkarlarımızı səbrli olmağa, bu mövzuda spekulyasiyalara yol verməməyə çağırırıq”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir