Aytən Səfərova bu dairədən — NAMİZƏD OLACAQ
Aparıcı Aytən Səfərova fevralın 9-da keçiriləcək parlament seçkilərinə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.Minval.info xəbər verir ki, aparıcı bu barədə İnstaqram hesabında yazıb:
“Əziz ağsulular və ismayıllılar. Hamının dəstəyinə böyük ehtiyacım var. Siz bilirsiniz ki, jurnalist olduğum dövrlərdə sadə xalqın tərəfini tutmuşam, bacardıqca, efir vasitəsilə həmişə insanların problemlərini işıqlandırmağa, onların güzəranında yaranan çətinlikləri efir vasitəsilə lazımı qurumların diqqətinə çatdırmağa çalışmışam. Heç vaxt arxamda hansısa “day-day”, tapşırıq və sairə olmayıb. Göydə Allaha, yerdə də xalqımıza güvənmişəm. Məhz sizin rəğbətiniz və isti münasibətinizdir ki, bu gün Aytən Səfərova sadə insanlar arasında tanınan, sevilən və əsası, hörmətlə yanaşılan jurnalistlərdəndir. Son 20 il ərzində Ağsudan müxtəlif insanlar millət vəkili seçilib. Nəticə, daha doğrusu, nəticəsizlik göz qabağındadır. Sözübütöv, qorxmaz, problemlərinizi səsləndirməyə cürəti çatan bir jurnalistin dəstəyinizə ehtiyacı var”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?