Ayseldən ittihamlar barədə açıqlama - Sərt addımlar atacaq
Minval.info // Müğənni Aysel Əlizadə Turanə Nəcəfova adlı qadının ailəsini dağıtması, onun həyat yoldaşı Elçini əlindən alması ilə bağlı ittihamlara cavab verib.
Minval.info xəbər verir ki, müğənni “Instagram”da bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini yazıb:
“Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını, həmçinin, təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq.
Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. Bu olanlar məni ruhdan sala bilməz, əksinə, daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəyəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda