Aysel Əlizadə Azərbaycanın ilk feminist saytını açdı
Bu gün Azərbaycanda ilk feminist sayt yayıma başlayıb. Qadinkimi.com adlanan feministlərin saytı Azərbaycan Cümhuriyyətinin yüz illiyinə ithaf edilib. Saytda gender problemlərini əhatə edən bütün mövzular yer alacaq. “Qadinkimi” layihəsinin rəhbəri yazıçı Aysel Əlizadə sayt haqda musavat.com–a məlumat verib:
“Dünya feminizmi qadın-kişi hüququnu bərabərləşdirmək üçün böyük mübarizələrdən keçib. Sonunda dünyada insan haqları təmin edilib. Bu günlərdə ilk demokratik respublikamızın yaranmasının yüz illiyini keçirəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımıza seçki hüququ verilib. Cümhuriyyət qurucuları qadınların təhsil alması, ictimai həyatda öndə olması üçün bacardıqlarını ediblər. Saytımızla ideoloji uyğunluq olduğu üçün bu layihəni Cümhuriyyətin yüz illiyinə ithaf edirik”.
Saytın adına gəlincə, Aysel Əlizadə deyib ki, bunu “kişi kimi” deyiminə alternativ olaraq düşünüblər: “Cəmiyyətdə qadın kimi” anlayışı həmişə təhqir sayılıb. Birini aşağılamaq üçün ona “qadın kimisən” deyiblər. Biz buna qarşıyıq. Komandamız müxtəlif sahələrdən olan qadınlar və kişilərdi. Kişi düşmənçiliyi kimi başa düşülən feminizmin əslində insan faktoruna böyük xidmətləri olduğunu izah etməyə çalışacağıq”.
Aysel Əlizadə layihədə əməyi keçən insanlara təşəkkürünü bildirib. Qeyd edək ki, qadınkimi.com saytı bu gün – 14 may 2018 tarixində fəaliyyətə başlayıb.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir