Ayşən Abduləzimova: "Azərbaycan millisinin nüfuzunu qaytaracağımıza inanıram"
“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın “Report”a müsahibəsi
– Növbəti dəfə bu titula sahib çıxdınız. Təəssüratlarınız necədir?
– Çox sevincliyəm. Tək mən yox, bütün “Vaşaş” ailəsi olaraq xoşbəxtik. Final oyunlarımız bir az gərgin keçdi. 5 qarşılaşma oynadıq və son görüşdə 3:0 hesablı qələbəyə nail olaraq istəyimizə çatdıq. Ondan əvvəlki oyunların hamısında 3:2 hesabı qeydə alınmışdı.
– Bu klubda üçüncü dəfə Macarıstan çempionu oldunuz. Bu barədə nə deyə bilərsiniz?
– Bu uğurları komanda olaraq əldə etmişik. Daha əvvəl ölkə kubokuna da sahib çıxmışdıq. Bütün bunlar əziyyətimizin bəhrəsidir.
– Klubla müqaviləniz başa çatır. Yeni sözləşmə ilə bağlı təklif almısınızmı?
– Müqavilə haqqında danışıqlarımız davam edir. Ümid edirəm ki, xeyirlisi nədirsə, o da olacaq.
– Pandemiyadan sonra bu mövsüm Azərbaycan Super Liqası da baş tutub. Çempionatın səviyyəsini necə görürsünüz?– Azərbaycan Super Liqasının uzun müddətdən sonra keçirilməsi sevindirici haldır. İnanıram ki, gələcəkdə daha güclü çempionatımız olacaq.
– Yenidən Azərbaycanda oynama variantınız varmı?
– Hər kəs ailəsinə, ölkəsinə yaxın olmaq istəyir. Amma hazırda bu suala cavab verməkdə çətinlik çəkirəm (gülür),
– Ölkə voleybolunun hazırkı vəziyyəti sizi qane edirmi?
– Biz də istərdik ki, daha yaxşı olsun. Çempionatımız əvvəlki illərə nisbətən zəifləyib. Ümid edirəm ki, ildən-ilə, gündən-günə daha da güclü olacaq.
– Azərbaycan yığmasının əvvəlkitək uğurlu çıxış etməsi mümkündürmü?
– Əlbəttə, hər şey mümkündür. Milli komandamız gəncdir və yetərincə gənc oyunçular yetişir. Əvvəlki nüfuzumuzu qaytara biləcəyimizə inanıram.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tokio-2020: Azərbaycan dördüncü medalını təmin edib
Ronaldonun maaşını kim ödəyir?
"Fənərbağça"nın yeni baş məşqçisi bəlli oldu - FOTO
"Qarabağ" avrokubokları ən azı 10 milyon manat qazancla başa vurub
Titullu güləşçi Azərbaycan çempionatında finala yüksəlib