Ayna Sultanovanın hasarlar arxasında qalan heykəli götürüləcək?
Bakının Binəqədi rayonu ərazisində yerləşən Ayna Sultanovanın heykəlinin götürülməsi məsələsi gündəmdə deyil.
Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, A.Sultanovanın heykəlinin bərpası işləri görülür.
Həmçinin bildirilib ki, A.Sultanovanın heykəli yerləşən parkda İcra Hakimiyyəti tərəfindən aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir:
“Görülən işlər sürətlə davam edir və yaxın günlərdə tamamlanması gözlənilir. Hazırda parkda son tamamlanma işləri həyata keçirilir”.
Qeyd edək ki, Bakının Atatürk prospektində A.Sultanovanın heykəlinin yerləşdiyi park uzun müddətdir təmirə bağlanıb.
A.Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.
Qeyd edək ki, A.Sultanova Azərbaycanda Kommunist Partiyasına yazılan ilk azərbaycanlı qadın olub. O, uzun illər bolşevik partiyasının ideyalarını həyata keçirib. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.
A.Sultanova tanınmış bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi.
O, 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı H.Sultanovla birlikdə güllələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Açıq məkanlarda da maska məcburi oldu
Bakıda polis əməkdaşı barəsində cinayət işi başlanılıb
Eyni vaxtda Bakının iki yerində sürüşmə - VİDEO - FOTO
Bürclər - 27 mart
İlham Əliyev bu stansiyanın adını dəyişdirdi - SƏRƏNCAM
“İdeal” mağazalar şəbəkəsi cərimələndi