“Ayıq sürücü” Bakıda biznesmenin oğlunun pulunu oğurladı
Bakıda “ayıq sürücü” xidməti təklif edən şirkətlərdən birinin əməkdaşı oğurluqda ittiham olunur. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, atası biznesmen olan Sahib Zeynalzadə ötən gün paytaxtın restoranlarından birində yeyib-içdikdən sonra “ayıq sürücü” sifariş verib.
O, restorana öz “Porsche Cayenne” avtomobili ilə gəlib, lakin spirtli içki qəbul etdiyinə görə, avtomobilini “ayıq sürücü”yə etibar edib.
Sürücü Zeynalzadəni evinə gətirib. Amma gedəndən sonra avtomobil sahibi salondan 4 min 800 manat və 1100 dollar pulun yoxa çıxdığını görüb.
Oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları həmin şəxsin oğurluqla nə dərəcədə əlaqəli olub-olmadığını araşdırır. Faktla bağlı hələ heç kim saxlanılmayıb. Hadisənin ayıq sürücü tərəfindən törətdiyi hələ sübut olunmayıb. Həmin pulların biznesmenin oğlu tərəfindən restoranda və ya başqa yerdə xərcləməsi ehtimalı da var. (Sputnik.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda aptek müdiri saxlanıldı - Gizli əməli “başını yandırdı”
Gəncə sakininin ölümü ilə bağlı cinayət işi başlanıb
Tanınmış şəxslərin evlərindən oğurluq edənlər həbs olundu
Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird dünyasını dəyişib
Bakıda 53 yaşlı qadını qardaşı döydü
Azərbaycanda dəhşətli qəza - “KAMAZ” 6 yaşlı uşağın üstündən keçdi
Bərdədə bədbəxt hadisə: təkər partladı, təmirçi öldü