Ay AMEA-nı “pis vəziyyətdə qoydu” - Rəsədxananın açıqlamasını akademiya inkar etdi
İyulun 17-si saat 00:00-da baş verən təbiət hadisəsi – Ay tutulması Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) xoş olmayan vəziyyətə salıb.
Oxu.Az-ın xəbərinə görə, iyulun 15-də AMEA-nın rəsmi saytında Ay tutulması ilə bağlı xəbər tirajlanıb və bu təbiət hadisəsinin Azərbaycanda müşahidə olunmayacağı yazılıb.

ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
AMEA-nın saytı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovun sözlərinə istinad edərək belə bir xəbər yayıb.
Rəsədxananın rəsmi internet portalında isə dünən yayılan məlumatda bu informasiyanın əksi yer alıb.

AMEA Ay tutulmasının ölkəmizdə müşahidə olunmayacağını, Rəsədxana isə müşahidə olunacağını bildirib.
Ay isə AMEA-nı “pis vəziyyətdə qoyub”, belə ki, Yerin peykinin tutulması ölkəmizdə aydın şəkildə müşahidə edilib.
Ay tutulmasının görünməsindən sonra isə AMEA rəsmi saytında yayımlanan məlumatdakı yanlışlıq düzəldilib.
Qeyd edək ki, ilin ikinci Ay tutulması hadisəsi iyulun 17-si saat 00:00-da başlayıb, 01:45-də tam başa çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda