AXCP üzvü məhkəmə zalında həbs edildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvünə hökm oxunub.
Musavat.com xəbər verir ki, partiya üzvü Əlizamin Salayevin cinayət işi üzrə məhkəmə iclası Salyan Rayon Məhkəməsində keçirilib.
Məhkəmənin hökmü ilə qəsdən sğlamlığa yüngül zərər vurmaqda suçlanan Ə.Salayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Polis nəzarətində olan Ə.Salayev barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında qandallanıb.
Xatırladaq ki, Salayev qonşusu Coşqun Nuriyevə xəsarət yetirməkdə suçlanır.
Bundan başqa, Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov da Salayevdən şikayət edib.
Belə ki, polis rəisi Salayevin həbs edilmədən öncə məhkəmədə çəkdiyi video görüntüdə onun haqqında səsləndirdiyi fikirlərə görə cəzalandırılmasını istəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?