Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.
Soltanpaşa Məlikovun, həm də bizneslə məşğul olduğu bildirilir.
Xatırladaq ki, DYP-nin yaydığı məlumatda qeyd olunur ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.
Hadisə ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayaraq əsgərin hərbi hissəni özbaşına tərk etdiyini və barəsində cinayət işi qaldırıldığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ərinin Aysellə eşq yaşadığını deyən qadın görün kimin nəvəsi çıxdı
Kremlin Qarabağla bağlı 3 ssenarisi, boşa çıxan “Vardanyan variantı” və...
Ağdaş Mərkəzi Xəstəxanasından şikayət: 4 gündür nə maska, nə su verirlər
Bakıda ərəblərdən daha bir biabırçılıq – ŞOK GÖRÜNTÜLƏR – VİDEO
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis təyin edilib
Nazir baş həkimi işdən çıxartdı
Türkiyəli müğənni eyvanına Azərbaycan bayrağı asdı