Avtomobil motosikletlə toqquşdu: Xəsarət alanlar var

Lənkəranda yol qəzası olub, biri ağır olmaqla iki nəfər xəsarət alıb.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Digah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” markalı avtomobil ilə “Muravey” markalı motosikletin toqquşması zamanı sonuncunun sürücüsü və sərnişini yaralanıb. Bunlar şəhər sakini, Qurban Abbasov və rayonun Ürgə kənd sakini, Samir Şiriyevdir.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəsarət alanlardan sürücü Q. Abbasovun vəziyyəti daha ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı, Göyçay və Yevlaxda elektrik kəsintisi olacaq
AMB-nin valyuta ehtiyatları rekord səviyyəyə çatdı
Azad edilmiş ərazilərdən 1706 hektar mina təmizləndi
Bakı-Quba yolunda aşan ağac hərəkəti çətinləşdirdi
Bakıda taksi qiymətləri niyə yüksəlib?
Azercell və ADA süni intellekt təlimini başa çatdırdı
Skuterlərin avtomobil yollarında hərəkəti qadağan olunsun!