“Avtodayanacaq talonunun itirilməsinə görə cərimə qanunsuzdur”
Azərbaycanda vəkil avtodayanacaq talonunun itirilməsinə görə cəriməninin qanunsuz olduğunu məhkəmədə sübuta yetirərək ona dəymiş mənəvi zərərin ödənilməsini təmin edib.
Minval.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov məlumat paylaşıb. O bildirib ki, vəkil Firdovsi Qasımov sözügedən məsələni birinci instansiya məhkəməsində qaldırsa da, əvvəlcə vəsatəti qəbul edilməyib: “Məlumdur ki, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus dayanacaqlarda avtomobilin saxlanmasına görə sürücüyə talon (bilet) verilir. Həmin talon itirildiyi halda, sürücüdən saxlanmaya görə muzddan əlavə cərimə (10 manat) də tutulur. Təbii, bu qanunsuzdur. Çünki talon müqavilə şərti deyil, yalnız avtodayanacağın öz öhdəliklərini yerinə yetirməyə yardım edən vasitədir.
Lakin sürücülər, bir qayda olaraq, mübahisə etmədən cəriməni ödəyirlər. Bir sıra səbəbdən qanunu bilmirlər, məbləğ kiçikdir, hüquqi yardımın alınması nisbətən bahadır, dövlət orqanı ilə çəkişmənin mənasız olduğunu düşünürlər və s. Hətta hüquqşünaslar da bəzən belə “xırda” mübahisələrə baş qoşmaq istəmir. Amma xoşbəxtlikdən onların da arasında istisnalar var. Belələrindən biri ölkəmizin ən savadlı hüquqşünaslarından biri Firdovsi Qasımovdur.
O, nəinki cərimənin qanunsuzluğu, həmçinin ona vurulmuş mənəvi zərərin də əvəzinin ödənilməsini tələb edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməsə də, Apellyasiya Məhkəməsi şikayətini təmin edib. Cərimə də qanunsuz hesab edilib, mənəvi zərərin də əvəzinin ödənilməsi qət edilib. Bununla da bu kimi işlərdə mühüm presedent yaranıb”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Yerində olmayan məmurlar çoxdur" - Fazil Mustafa
Prezidentin yeni vəzifə verdiyi rəis kimdir? - FOTO
Bakıda 9 yaşlı uşağı maşın vurub öldürdü
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçdi
Prezidentin icra başçısı təyin etdiyi Seymur Orucov kimdir? (DOSYE)
Bürclər - 14 iyul
Cavid Qurbanov onlardan 42 milyonu tələb edir