Avtobus gözləyənlər üçün təhlükəsizlik çağırışı
AYNA sərnişinlərə avtobus gözləyərkən təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edir. Sərnişindaşımanın fasiləsiz təşkili məqsədilə tədbirlər davam etdirilir və böyük sərnişin axınına baxmayaraq avtobuslar fasiləsiz xidmət göstərir.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə nəqliyyat mübadilə mərkəzlərinin nizamlı fəaliyyəti təmin olunur. Metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla 16 sentyabr tarixində 127 000-dən çox sərnişin daşınıb. Təkcə “28 May” Nəqliyyat Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib.
Sərnişinlərdən avtobusu gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunur. Bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir. Eyni zamanda avtobuslara minərkən növbəyə riayət etdikdə daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan yaranır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu