“Avrora” şirkəti cərimələnib
Maliyyə Bazarlarına Nəzarət Palatası “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib.
“Report”un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə təqsirli bilinib.
İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Binəqədi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
1994-cü ildə yaradılan “Avrora” şirkəti yerli və xarici istehsalçıların istehlak mallarının distribyutoru kimi fəaliyyət göstərir. Şirkətin portfoliosuna “Danone”, “Ehrman”, “Rolton”, “Hochland”, “Chivas”, “Glenfiddich” kimi şirkətlər daxildir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var