Avropada kombi inqilabı: Qazdan istilik nasoslarına keçid başlayır
Avropa İttifaqı, karbon emissiyalarını azaltmaq məqsədilə binaların istilik sistemlərində əhəmiyyətli dəyişikliklərə start verir. Bu çərçivədə, təbii qazla işləyən kombilər mərhələli şəkildə istifadədən çıxarılacaq və onların yerini daha ekoloji istilik sistemləri alacaq.
Minval.info xəbər verir ki, Avropa İttifaqının Binaların Enerji Performansı Direktivinə (EPBD) əsasən, 2028-ci ildən etibarən inşa ediləcək bütün yeni dövlət binaları “sıfır emissiyalı bina” standartlarına uyğun olacaq. 2030-cu ildən isə bu tələb bütün yeni yaşayış binalarına da tətbiq ediləcək və təbii qazla işləyən kombilərin quraşdırılmasına icazə verilməyəcək.
Avropa İttifaqının uzunmüddətli planına görə, 2040-cı ilədək mövcud yaşayış binalarında da təbii qazla isitmə sistemlərinin mərhələli şəkildə istifadədən çıxarılması nəzərdə tutulur. Bu dəyişiklik, fosil yanacaqdan asılılığı azaltmaq və istixana qazı emissiyalarını minimuma endirmək məqsədi daşıyır.
Yeni strategiyada əsas alternativ kimi istilik nasosları göstərilir. Bu sistemlər, havadan, sudan və ya torpaqdan alınan enerjidən istifadə edərək yanacaq yandırmadan isitmə təmin edir. Mütəxəssislərin fikrincə, istilik nasosları sərf etdikləri 1 vahid elektrik enerjisi hesabına 5 vahidə qədər istilik enerjisi istehsal edə bilir ki, bu da onları ənənəvi qaz kombilərindən daha səmərəli edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır