Avropada baş nazirdən qadınlara çağırış: "2 uşaq doğun"

Norveçin baş naziri Erna Solberq 2 uşaq dünyaya gətirmələri üçün xalqa müraciət edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Yeni il müraciətində baş nazir əsas diqqəti norveçlilərin rifahı və sistemin sağlam şəkildə qalmasına çəkib. O, norveçli qadınların statistikaya görə orta hesabla 1,6 uşaq dünyaya gətirdiklərini bildirib və rifah sisteminin davam etməsi üçün uşaqların sayının artırılmasına ehtiyac olduğunu deyib.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Solberq hazırkı sistemin daha 10 il də promlemsiz şəkildə davam edəcəyini deyib, lakin vergi ödəyən kəsim artmazsa, bir sıra problemlərin ortaya çıxacağını vurğulayıb.
2004-cü ildən bəri mühafizəkar və liberal mühafizəkar baxışlı Höyre pertiyasının rəhbəri olan, 2013 və 2017-ci illərdə keçirilən seçkilərdə qələbə qazanan 58 yaşlı baş nazirin özü də 2 uşaq anasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar