Avropa ölkəsinin azərbaycanlı vitse-meri: Hədələnən həmyerlimiz haqqında bilmədikləriniz (FOTOLAR)
Bakı. 15 mart. Minval.İnfo/ Ötən ilin noyabrında həmyerlimiz Züleyxa İsmayılova Estoniyanın paytaxtı Tallin şəhərinin vitse-meri vəzifəsinə təyin olunub.
Ölkəmizdə bir o qədər də tanınmadığından Minval.info bununla əlaqədar Z.İsmayılova haqqında qısa məlumatı diqqətə çatdırmağı özünə borc bildi.
O, 1985-ci ildə Tallinndə dünyaya göz açıb. Züleyxanın anası estoniyalı, atası isə azərbaycanlıdır. O, ailəsi ilə bir müddət Azərbaycanda yaşayıb. Atasının vəfatından sonra yenidən Estoniyaya köçüb.
Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.
Həmyerlimiz əvvəllər mediada jurnalist, müstəqil fotoqraf və fəal kimi təqdim edilib. O, ətraf mühitin qorunması məsələləri ilə məşğul olan “Estoniya Yaşıllar Hərəkatı” təşkilatında könüllü kimi fəaliyyət göstərib. 2005-ci ildən siyasətlə məşğul olmağa başlayan Z.İzmayılova Sosial-Demokrat Partiyasına qəbul edilib. 2012-ci ilədək həmin partiyanın üzvü olub, iki il bitərəf qalıb, sonra “Estoniya Yaşılları”na qəbul olunub. 2017-ci ilin martından bu partiyanın sədri seçilib.
O, partiya sədrliyinə namizədliyini irəli sürən yeganə şəxs olmayıb. Züleyxadan başqa partiyanın əvvəlki lideri Aleksandr Laane də onun rəqibi idi. İsmayılova lider seçiləndən sonra Aleksandr Laane partiyada sədr müavini postunu tutub.
Züleyxa 2016-cı ildə Anne&Stiil jurnalının versiyasına görə, Estoniyada “İlin qadını” seçilib.
Siyasi fəaliyyətinə görə, həmvətənimiz digər partiya üzvlərindən birindən təhdid dolu mesaj alıb. O, hətta ölkədən qovulmaqla belə hədələnib.
Samir Mirzə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"








