Avrokuboklarda yeni rekord - Bir oyunda 27 penalti!
İrlandiyanın “Şemrok Rovers” və Finlandiyanın “İlves” komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyununda yeni rekord qeydə alınıb.
“Report”un məlumatına görə, əsas və əlavə vaxt 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün qalib penalti seriyasında bəlli olub.
Burada isə ümumilikdə 26 penalti vurulub. “Şemrok Rovers” 1-ci, rəqib isə 2-ci penaltini dəqiq yerinə yetirə bilməyib. İlk 5 zərbədən sonra qalib müəyyənləşməyib və seriya uzanıb. “İlves”dən Emeli Rayttinen 13-cü penaltini boşa verdiyi üçün komandası mübarizəni dayandırmalı olub. Beləliklə, İrlandiya təmsilçisi penalti seriyasında 12:11 hesablı üstünlüklə növbəti mərhələyə yüksəlib.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
“Şemrok Rovers” istəyinə “Keşlə”ni penaltilər seriyasında üstələyən Albaniya “Laçi”si kimi azlıqda çatıb. Komandanın futbolçusu Liam Skales 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu səbəbdən, həmin komandanın penaltilərini cəmi 10 oyunçu vurmalı olub.
Meydan sahiblərindən Lauri Ala-Müllimiyaki matçda 3 penalti yerinə yetirib. O, 11-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən hesabı açıb, penalti seriyasında isə 1-ci və 11-ci zərbəni dəqiq yerinə yetirib.
Qeyd edək ki, bu, penalti seriyasında avrokubuk tarixinin rekord göstəricisidir.
Daha əvvəl UEFA Kubokunun (hazırkı Avropa Liqası) II təsnifat mərhələsindəki “Start Kristiansand” (Norveç) – “Droheda Yunayted” (İrlandiya) matçında 22 penalti vurulub – 11:10.
Dünya rekordu isə 2005-ci ildə qeydə alınıb. Namibiya Kubokunda “KK Palas” və “Tsviks” komandaları arasında keçirilmiş görüşdə 48 penaltidən istifadə edilib.
https://youtu.be/U9jQ9_IPKLE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir