Aviabilet qiymətləri kəskin bahalaşıb - 350 manatlıq bilet 800 manata satılır - VİDEO
Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb.
Son bir il ərzində, demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50-70 faiz bahalaşma var.
Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bahalaşma pandemiya səbəbindən aviaşirkətlərin ziyana düşməsi ilə bağlıdır. Bu müddət ərzində ləğv edilən səfərlərin biletlərinin ödənişlərinin qaytarılması, təyyarələrə texniki qulluq və digər personal xərcləri qiymətlərin qalxmasına səbəb olub. Məhz bu səbəbdən bahalaşma ölkəmizdən də yan keçməyib.
Bakıdan hazırda uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb.
Ekspertlər sərhədlərin bütün istiqamətlər üzrə açılacağı və müntəzəm uçuşların bərpa ediləcəyi təqdirdə qiymətlərin tədricən enəcəyini bildirirlər. Lakin aviaşirkətlərin ziyanı çox olduğundan qiymətlərin əvvəlki səviyyədə olmayacağı gözlənilir.
Bir istiqamətə alınan bilet əvvəl maksimum 350 manat idisə, indi bu qiymət 800 manatadır.
https://youtu.be/fId9F747RhM
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar
Paytaxtda istilik problemi var?
Novruz bayramında qeyri-iş günləri məlum oldu
Azərbaycanda avtomobillərin utilizasiya proqramının hazırlanmasına başlanır
Paytaxtın ucuz və təhlükəli dönərxanaları: əhaliyə sabun yağı yedirdilir?