Atasını İsrailə müalicəyə aparan azərbaycanlı brilyant oğurladı - VİDEO

23 yaşlı azərbaycanlı turist mayın 9-da İsrailin Bat-Yame bölgəsində saxlanılıb. O, 900 min şekel (251 min dollar) dəyərindəki brilyantı oğurlamaqda ittiham olunur.
Oxu.Az İsrail KİV-ə istinadla xəbər verir ki, araşdırmalara əsasən, o, brilyantları Təl-Əvivdəki valyutadəyişmə məntəqəsindən oğurlayıb.
Hadisədən bir gün əvvəl valyutadəyişmə məntəqəsinin rəhbəri polisə müraciət edərək, brilyantla dolu kisənin oğurlandığını bildirib. Araşdırmaya başlayan polis təhlükəsizlik kameraları vasitəsilə oğrunun kimliyini müəyyən edə bilib.
Məlum olub ki, azərbaycanlı turist atasının müalicəsi üçün İsraildəki “İxilov” xəstəxanasına gətirib.
Saxlanılan şəxs dindirilib. O, yaxın zamanlarda hakim qarşısına çıxarılacaq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda güclü külək ağacın budağını qopardı
Azergold Söyüdlü yatağında ilk partlayışı həyata keçirdi
Mayamidə kargo təyyarəsi qəzaya uğradı: 5 ölü
Meksikada dini mərasimdə partlayış: 10 ölü, 64 yaralı
Göyçayda ana yıxıldı, körpə faciəvi öldü
Bakı yollarında tıxac və su sızması narahatlığı
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə