Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək
Atası təhsil almasına mane olsa da, Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan 18 yaşlı Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən yardım ediləcək.
Bu barədə Oxu.Az-a universitetdən məlumat verilib.
“THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd, hər ay pulsuz yemək talonları, əlavə maddi yardım veriləcək. ADU-nun oğlanlar üçün yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də THİK kömək edəcək”, – deyə məlumatda bildirilib.
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
Qeyd edək ki, O.Bağırzadə ali məktəbə qəbul olsa da, atası attestatını götürərək onun qeydiyyata düşməsinə mane olmağa çalışıb. Təhsil Nazirliyinin məsələyə müdaxiləsindən sonra məsələ müsbət yöndə həllini tapıb.
O.Bağırzadə açıqlamasında atasının bu addımını ögey bacısının ali məktəbə daxil ola bilməməsi ilə əlaqələndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var