“Atamın sağ olması xəbəri yalandır” — Avtoritetin oğlu
Bir neçə gün öncə Rusiyanın “Sobesednik.ru” saytında 2012-ci ildə Moskvada avtomobilində qətlə yetirilən “Danabaş” ləqəbli azərbaycanlı kriminal avtoritet İlqar Cəbrayılovun (Əliyevin) Çexiyanın paytaxtında peyda olduğuna dair məlumat yayılıb. Məlumatda bildirilirdi ki, 2015-ci ildə Çexiyada “Mega Color” adlı firma qeydiyyatdan keçib, bu firmanın həmtəsisçilərindən biri isə İlqar Cəbrayılov adlı şəxsdir. Hansı ki, həmin vaxt o, artıq 3 il əvvəl ölmüş olmalıydı… Araşdırma nəticəsində doğum tarixi və Moskva ünvanı da mərhumunki ilə üst-üstə düşüb.
“Minval.info” xəbər verir ki, İ. Cəbrayılovun oğlu İbrahim Əliyev qafqazinfo-nun redaksiyasına gələrək bildirib ki, atasının həyatda olması ilə bağlı xəbərlər əsassızdır.
O, atasını 2012-ci ildə ailə üzvləri ilə birlikdə Yasamal qəbiristanlığında dəfn etdiklərini söyləyib:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“Bu xəbəri eşidəndə həm güldüm, həm də sevindim. Bəzən olur axı, yeraltı dünyanın ölü bildiyimiz adamları sağ çıxır. Lakin bu atamla bağlı məsələyə aid deyil. Biz 3 qardaşıq, mən ən kiçiyiyəm. Atamın dəfnində, meyitinin yuyulmasında qardaşlarımla birgə iştirak etmişəm. Bu informasiyalar sadəcə təxribat xarakteri daşıyır. Biz istəyirik atamızın ruhu şad olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda