Aşağı maaş alanlar üçün də yüksək pensiya şansı yarana bilər
Azərbaycanda pensiya sistemində əhəmiyyətli dəyişikliklər təklif olunur. Dövlət qulluqçuları, hərbi qulluqçular və digər bəzi kateqoriyalar üçün pensiyanın hesablanma mexanizminin yenilənməsi planlaşdırılır. Milli Məclisdə 2026-cı il sentyabrın 25-də birinci oxunuşda müzakirə olunan qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsin son aldığı əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılmasıdır.
Minval.info xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu barədə məlumat verib. Onun sözlərinə görə, hazırda dövlət qulluqçularının pensiyası qulluq stajı və son dövrdə aldıqları dövlət məvacibi əsasında hesablanır.
Yeni modeldə isə pensiyanın əsas hissəsinin fərdi hesabda toplanmış pensiya kapitalı əsasında hesablanması, bunun üzərinə sabit aylıq əlavə verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər sistemi daha çox sığorta prinsipinə yaxınlaşdıracaq və yüksək vəzifə maaşının əvvəlki kimi həlledici rol oynadığı modeldən uzaqlaşdıracaq.
Dəyişikliyin təsiri bütün pensiyaçılar üçün eyni olmayacaq. Uzun stajı və yüksək maaşı olanların pensiyasına təsir daha ciddi ola bilər. Əksinə, daha aşağı maaşla işləyib fərdi hesabında böyük pensiya kapitalı formalaşdıran şəxslər üçün nəticə fərqli olacaq.
Digər dəyişiklik pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Orta aylıq əməkhaqqı səviyyəsində və ondan aşağı olan pensiyalar tam indeksləşdirilə bilər, daha yüksək pensiyalar isə fərqli şəkildə indeksləşdirilə bilər. Lakin konkret faiz və formul hələ müəyyənləşməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada maaşlar artır, amma əhalinin maddi vəziyyəti yaxşılaşmır
Qətərdən Avropa və Asiyaya qaz tədarükü təxirə salındı
ABŞ və Çin arasında 60 milyard dollarlıq ticarət razılaşması
MTV VMA 2026: Taylor Swift yenidən tarix yazdı
ABŞ və Çin Tramp-Xi sammitindən sonra tarif endirimlərini müzakirə edir
Azərbaycanda hərbi qulluqçuların əməkhaqları artırılacaq
Azərbaycan neftinin qiyməti yüksəldi