Arsenaldan Vinisius üçün rekord təklif: Tarixi transfer baş tuta bilər
İngiltərənin məşhur futbol klubu “Arsenal”, Madrid “Real”ının parlaq oyunçusu Vinisius Junioru transfer etmək üçün böyük bir məbləğ təklif edib. Klub, braziliyalı ulduz üçün 135 milyon avro ödəməyə hazırdır.
Minval.info xəbər verir ki, bu təklifə əlavə olaraq, müqavilədə nəzərdə tutulan bonuslar da daxil olmaqla, transferin ümumi dəyəri 145 milyon avroya çata bilər. Vinisius Premyer Liqada oynamaq perspektivinə müsbət yanaşır və “Real”ın 2027-ci ilə qədər olan müqavilə uzatma təklifini qəbul etməyib.
2018-ci ildən bəri Madrid klubunda çıxış edən 26 yaşlı Vinisius, bu müddət ərzində 375 rəsmi oyunda iştirak edib, 128 qol vurub və 100 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4