Arqişti Kiviryan: Bakının İrəvana təzyiqi üçün çoxsaylı resursları var
“Əgər məğlub olan tərəfsinizsə və heç bir resursunuz yoxdursa, bu məsələni öz xeyrinizə həll edə bilməzsiniz. Çünki bu gün Qarabağın statusunun müəyyən edilməsi məsələsini qaldıran hər kəs Qarabağı Azərbaycana təslim edir”.
“Ölkə.Az” xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan TALK TIME proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın təzyiq üçün resursları var, döyüş əməliyyatlarının bərpasına qədər təzyiq üçün çoxsaylı resurslar var. “Bir tərəfdən, İkinci Qarabağ müharibəsindən sonra maddi-hərbi imkanlarını daha da gücləndirən 120-130 minlik Azərbaycan ordusu, digər tərəfdə isə məğlub durumda və dağılmış ordusu olan Ermənistan tərəfi… Başqa bir vacib məsələ isə ordu qurmaq əvəzinə, son iki ildə mövcud olanları belə məhv edilir. Bu gün bütün bu ordu əslində parçalanmış vəziyyətdədir və hətta Baş Qərargah rəisi belə yoxdur”, – deyə analitik vurğulayıb.
O əlavə edib ki, təkcə bu, Ermənistan ordusunun vəziyyətini göstərir.
“Deyə bilərsiniz ki, Azərbaycan hazırda mövqeyinin pik nöqtəsindədir, ona görə də mümkün olan maksimumu əldə etmək istəyir. Onun təzyiqinin səbəbi budur: sülh müqaviləsi, Qarabağın statusu. Deyir ki, status yoxdur və bunu uudun. Müqavimət göstərmək üçün heç bir resurs olmasa, nə qərar verəcəksiniz?” – ekspert dedi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi