Arif Əsgərovun dələduz qohumu azadlığa çıxmağa çalışır
Külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynov Ali Məhkəməyə kassasiya şikayəti verib.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Onun şikayəti hakim Şahin Yusifovun icraatına verilib. Məhkəmə baxış iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, R. Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Hüseynov 9 il azadlıqdan məhrum edilib.
R. Hüseynov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Arif Əsgərovun qohumudur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fazil Məmmədov vəfat etdi
Bayıl sürüşmə sahəsində TƏHLÜKƏ - VİDEO
Azərbaycanda bir ailənin 7 üzvü bir gündə dəfn edildi
Əli Həsənova bağlı daha 2 şirkət ləğv olundu
Məktəb direktoru katibənin maaşını mənimsədi, cinayət işi açıldı
Çəmənliyə xalça sərdirən icra başçısı kimdir? - FOTO
Üç nazirlik və bir komitə bu statusunu itirdi