Arif Babayev yüksək vəzifəyə təyin olundu
Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.
“Minval.info” xəbər verir ki, bu təyinatadək Arif Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları ilə təltif olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə “Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı” döş nişanı və “Qüsursuz xidmətə görə” I dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Sənayesi Nazirliyindən məlumatı APA-ya təsdiqləyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Şəkidə faciə: Ailə AzTV-yə etiraz etdi
Afaq Gəncəli doğum gününü xanımlarla qeyd etdi
Bakıda sabah 28 dərəcə isti gözlənilir
Qroznı-Bakı birbaşa uçuşları təxirə salındı
Azercell-in texnoloji həlləri beynəlxalq arenada parlayır
Ermənistana Azərbaycandan tranzitlə 41 vaqon taxıl göndərildi