“Araz” və “Rahat” market cərimələndi - Fotolar
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər respublikanın digər rayonlarında olduğu kimi Binəqədi rayonunda da davam etdirilir.
Minval.info xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tətbiq edilən qaydaları pozduqlarına görə Binəqədi rayonu, Azadlıq prospekti 10 ünvanında yerləşən “Araz” marketin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunaraq 500 manat, Biləcəri qəsəbəsi, Q. Məmmədov ünvanında yerləşən “Rahat” marketin rəhbərliyi isə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunaraq 300 manat cərimə olunub.
Eyni zamanda, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, döngə-1 ünvanında yerləşən “Bulaq” restoranının qeyri- qanuni fəaliyyət göstərərək karantin qaydalarını pozması aşkar edilib, obyekt sahibi İXM-nin 211.1 maddəsinə əsasən 3000 manat cərimə edilib.
Market rəhbərliyinə və obyekt sahibinə bir daha belə halların baş verilməməsi üçün xəbərdarlıq edilib.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"